Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heydər Əliyev Fondu mayın 10-dək bölgələrdə konsertlər təşkil edəcək

Heydər Əliyev Fondu mayın 10-dək bölgələrdə konsertlər təşkil edəcək

Tarix: 29 Aprel 2019 16:36

Bakı. Trend:

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə bir sıra bölgələrdə konsertlər təşkil olunacaq.

Fonddan Trend-ə verilən məlumata görə, tədbirlərə mayın 2-də Ağdam rayonundan start veriləcək. Konsert proqramında tanınmış incəsənət xadimlərinin ifasında milli musiqi və muğam nümunələri təqdim ediləcək.

Mayın 3-də Şəkidə, mayın 4-də Gəncədə, mayın 5-də Xaçmazda, mayın 6-da Şamaxıda, mayın 7-də isə Lənkəran və Naxçıvanda konsertlər keçiriləcək.

Konsertlərdə muğam, folklor, aşıq, estrada və pop musiqi nümunələri, müxtəlif rəqslər təqdim olunacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Heydər Əliyev Fondu mayın dək bölgələrdə konsertlər təşkil edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ