Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazinin iş problemi - VİDEO

Qazinin iş problemi - VİDEO

Tarix: 10 Dekabr 2021 14:48

Rövşən Abbasov 1993-cü ildə Hacıqabul rayonunda doğulub. O, müddətdən artıq hərbi qulluqçu olub. Ordu sıralarından tərxis olunmasının 10-cu ayında 44 günlük Vətən Müharibəsi başlayıb. Müharibə başlayan zaman isə könüllü şəkildə xidmətinə davam edib. Oktyabrın 1-də cəbhəyə yollanan Rövşən ayın 5-də döyüşə qatılıb. Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Elə sonuncu döyüşdüyü yer də Şuşa olub. Burada sol qabırğa, ayaq və çiynindən qəlpə yaraları alaraq ağır yaralanıb.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, Rövşənin Bədənində olan 24 qəlpədən 23-ü çıxarılıb,biri isə hələ də bədənindədir. Sağ çiyin sümüyü yoxdur. Həmin hissəyə xüsusi plastik sümük əvəzləyici qoyulub. Rövşənə bütün bu diaqnozlara əsasən 3-cü qrup əlillik təyinatı aparılıb. Amma hazırda onu narahat edən bir məqam var. Rövşən hər iki valideynini itirib. Ailəlidir və Bakıda qardaşının ailəsi ilə birgə yaşayır. Yeganə gəliri yeri isə ona əlilliyə görə verilən pensiyasıdır. Rövşən deyir ki, hazırda övladlarım yoxdur, amma gələcəkdə ailəm böyüdüyü zaman aldığım pensiya mənə kifayət etməyəcək. Buna görə işləməyə məcburam. Yəni, Rövşən hazırda iş yeri axtarır.

Rövşənlə çəkiliş apardığımız gün Dövlət Məşğulluq Agentliyinə müraciət ünvanladıq.Məsələni nəzarətə götürən qurum tərəfindən bildirildi ki,qazinin özünün fərdi olaraq müraciət etdiyi turizm şirkəti ilə Agentlik tərəfindən əlaqə saxlanılıb. Əmək haqqının birgə maliyələşdirilməsi proqramı çərçivəsində vətəndaşa bir neçə vakansiya üzrə iş yeri təklif olunacağı bildirilib və beləliklə Agentliklə özəl qurum arasında razılığa gəlinib.Razılığın nəticəsi barədə az sonra deyəcəm. Hələliksə onu deyim ki, əmək haqqının birgə maliyəələşdirilməsi proqramının mahiyyəti ondan ibarətdir ki, işəgötürən tərəf vətəndaşı işəgötürürsə vətəndaşın maaşının 50 faizini Dövlət Məşğulluq Agentliyi,digər yarısını işə işəgötürən tərəf ödəyir.

Deməli, Qazi Rövşən Abbasov işəgötürən tərəflə görüşüb amma Agentliyə deyilən menecerlik və digər vakansiyalar üzrə Rövşənin uyğun gəlmədiyini deyərək ona iri ticarət mərkəzlərinin birində təmizlikçi işi təklif ediblər. Yəni, menecerlik işini bacara bilməyəcəyini düşünən işəgötürən tərəf 1 qolu təmiz əmək qabiliyyətini itirmiş qazinin təmizlikçi işini müvəffəqiyyətlə yerinə yetirə biləcəyini düşünərək ona bu iş yerinə layiq görüb və təklif edib. Rövşənlə danışdığımız zaman bildirdi ki, başqa yolum yoxdur, pula ehtiyacım var, ona görə də bu işi qəbul edəcəm. Dövlət Məşğulluq Agentliyi bildirir ki, həmin işə göndərişi agentlik həyata keçirməyib. Şirkətin özü bu işi ona təklif edib. Agentlik tərəfindən həmçinin bildirildi ki, Rövşən Abbasov Məşğulluq mərkəzinə yenidən dəvət olunub və ona uyğun iş yeri təklif ediləcək.

Milli.Az


Etiketlər:  Qazinin problemi VİDEO


RƏYLƏR