Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Livan ordusu sərhədi pozan iki İsrail dronlarına qarşı atəş açıb

Livan ordusu sərhədi pozan iki İsrail dronlarına qarşı atəş açıb

Tarix: 28 Avqust 2019 23:04

Bakı. Trend:

Livan ordusunun şəxsi heyəti sərhədi pozan iki pilotsuz İsrail uçuş aparatına qarşı atəş açıb.

Trend-in məlumatına görə, bu barədə "Al Hadas" telekanalı bildirib.

Məlumata əsasən, intensiv atəş səbəbindən dronlar İsrailə tərəf dönməyə məcbur olub.

Bildirilir ki, daha əvvəl Livan Silahlı Qüvvələri komandanlığı cənubda yerləşdirilən qoşunlara Livan hava məkanına daxil olan pilotsuz uçuş aparatlarını vurmağı əmr edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Livan ordusu sərhədi pozan İsrail dronlarına qarşı atəş açıb


RƏYLƏR