Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Komediya fimlərini o qədər də diqqətə almayın''- Xalq Artisti

''Komediya fimlərini o qədər də diqqətə almayın''- Xalq Artisti

Tarix: 11 Dekabr 2021 17:25

Artıq bir neçə aydır ki, kinoteatrlarımızın fəaliyyəti bərpa olunub. Demək olar ki, həftədə yeni filmlərin təqdimatları baş tutur. Di gəl ki, zəfər tariximizin üzərindən bir il keçsə də təqdim edilən filmlər yalnız komediya janrındadır. 30 illik tarixi qələbədən sonra kinotreatrlarımızda nə üçün ancaq komediya fimləri təqdim eilir? 

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Xalq artisti Rasim Balayev modetaror.az-a danışdı:

"Hər kəsə yerli kino bazarının nə vəziyyətdə olduğu bəyandır. Film kimi baxsaq bu gün kinoteatrlarda nbümayiş olunan həmin filmlər heç komediya da deyil. Komediya ciddi bir janrdır. Bu gün o komediya janrı da bərbad vəziyyətdədir. Tarixi filmlər çəkmək o qədər asan bir iş deyil. İndi yeni çəkilən həmin filmlər çox  ucuz başa gələn bir şeydir. 

Tarixə nəzər salanda qələbədən bəhs edən filmlərin müharibə bitəndən sonra çəkildiyinin şahidi oluruq. İndiki komediya fimləri 2 günə çəkilir. Ciddi filmlər 2 günə çəkilməz. Mən inanmıram ki, qələbəmizi əks etdirən dünyaca məşhur filmlər çəkmək qüdrətinə sahib olaq. Zəfərimizdən bəhs edən filmlərin çəkilişi bir az gec çəkiləcək. Hələ o mövzuda heç bir tərpəniş yoxdur. Filmin ssenarisini yazmaq, hazırlıq görmək lazımdır, elə-belə deyil. Müharibədən bəhs edən film  "parta part" səhnəsi çəkmək deyil. Müharibənin insanlara, bəşəriyyətə vurduğu cismani mənəvi zərərləri, ziyanları göstərmək, düşünmək yaxşı əsərlər yazmaq lazımdır.

Komediya fimləri isə ciddi filmlər deyil. Onları o qədər də diqqətə almayın".

Milli.Az


Etiketlər:  Komediya fimlərini qədər diqqətə almayın Xalq Artisti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ