Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Universitetin kitabxanasında Qurani Kərim yandırıldı

Universitetin kitabxanasında Qurani Kərim yandırıldı

Tarix: 11 Dekabr 2021 19:16

ABŞ-ın Arizona ştatınında Əyalət Universitetinin kitabxanasında Quran Kərimin səhifələrini yandırıblar.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ABŞ-ın Arizona ştatında islamofobiya miqyasını tam olaraq ortaya qoyan hadisə baş verib. Amerika mətbuatının xəbərinə görə, təxminən 75 min tələbəsi olan Arizona Dövlət Universitetində (ADU) Quran səhifələri cırılaraq yandırılıb.

ADU Müsəlman Tələbələr Dərnəyi bəyanat yayaraq, çərşənbə günü çoxlu müsəlman tələbənin namaz qılmaq üçün getdiyi Hayden kitabxanasının bir otağında törədilən iyrənc hücumu pisləyib və universitet rəsmilərini hadisəni araşdırmağa çağırıb.

Polis sözçüsü Adam Wolfe deyib ki, ASU Polis Departamentinin dedektivləri bütün mövcud sübutları toplayıblar və araşdırma aparırlar.

Milli.Az


Etiketlər:  Universitetin kitabxanasında Qurani Kərim yandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ