Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mehdiyev üçün bürünc medal şansı - dünya çempionatı

Mehdiyev  üçün bürünc medal şansı - dünya çempionatı

Tarix: 29 Avqust 2019 12:12

Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulub.

Qol.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev  1/32 finalda  İrji Petrlə (Çexiya) üz-üzə gəlib və qələbə qazanıb. O, 1/16 finalda Remi Fülleni (Mavritiya) məğlub edib. İdmançımızın 1/8 finaldakı  Mikail Özerlerə (Türkiyə) qalib gəlib. Mehdiyev 1/4 finalda Nemanya Majdovla (Serbiya) qarşılaşıb və uduzub. Cüdoçumuz "bürünc" şansını davam etdirib. O, təsəlliverici görüşdə Aksel Klerqe (Fransa) ilə qarşılaşacaq.

70 kq çəkidəki qadın cüdoçu Günel Həsənli isə mübarizəni erkən dayandırıb. O, 1/32 finalda Aoyfe Koflana (Avstraliya) uduzub.

Qeyd edək ki, hələlik Azərbaycan cüdoçuları dünya çempionatında 2 medal qazanıb. 73 kq çəki dərəcəsində Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medala yiyələnib.

 


Etiketlər:  Mehdiyev üçün bürünc medal şansı dünya çempionatı


RƏYLƏR