Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konfrans Liqası: Pley-offda “Qarabağ”ın rəqibi bəlli olacaq

Konfrans Liqası: Pley-offda “Qarabağ”ın rəqibi bəlli olacaq

Tarix: 13 Dekabr 2021 07:32

Bu gün Konfrans Liqasında pley-offun püşkü atılacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən Azərbaycan vitse-çempionu "Qarabağ"ın da rəqibi bəlli olacaq. Qrup qaliblərinin birbaşa 1/8 finala yüksəldiyi Konfrans Liqasında pley-offda 16 klub qüvvəsini sınayacaq.

Lakin bu komandalardan biri hələ dəqiqləşməyib. Ləğv edilən "Tottenhem" - "Renn" görüşünün taleyi bilindikdən sonra İngiltərə təmsilçisinin, yoxsa "Vitess"in qrup ikinci olacağı dəqiqləşəcək.

Püşkatma öncəsi komandalar iki səbətə bölünüb. Qrupunda ikinci yeri tutanlar, o cümlədən "Qarabağ" səpələnmişlər sırasındadır.

Avropa Liqasından üçüncü yer sahibi kimi bura yuvarlananlar səpələnməmişlər səbətindədir. Pley-offun ilk matçları da səpələnməmişlərin meydanında baş tutacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri bir-biri ilə görüşə bilməz.

Səpələnmişlər
"Bodo Qlimt" (Norveç)
"Makkabi" (Təl-Əviv, İsrail)
PAOK (Yunanıstan)
"Partizan" (Serbiya)
"Qarabağ" (Azərbaycan)
"Randers" (Danimarka)
"Slaviya" (Çexiya)
"Vitess" (Niderland)/"Tottenhem" (İngiltərə)

Səpələnməmişlər
"Seltik" (Şotlandiya)
"Fənərbağça" (Türkiyə)
"Lester" (İngiltərə)
"Marsel" (Fransa)
"Midtülland" (Danimarka)
PSV (Niderland)
"Rapid" (Avstriya)
"Sparta" (Çexiya)

Qeyd edək ki, pley-offun ilk oyunları gələn il fevralın 17-də, cavab matçları 24-də keçiriləcək. 1/8 finalın püşkü fevralın 25-də atılacaq.

Milli.Az


Etiketlər:  Konfrans Liqası Pley offda Qarabağın rəqibi bəlli olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ