Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 14:54
Çin Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ demokratiyadan kütləvi qırğın silahı kimi istifadə edir, onun köməyi ilə müdaxilə etdiyi ölkələri məhv edir.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, Asiya nəhəngi ABŞ-ın təşkil etdiyi virtual "demokratiya sammiti"nə məhz belə reaksiya verib.
Rəsmi Pekin bildirib ki, tədbir ideoloji qarşıdurma xəttini davam etdirmək və ölkələr arasında parçalanma yaratmaq məqsədilə təşkil olunub.