Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 08:18
"Gürcüstanın iştirak etmədiyi 3+3 regional əməkdaşlıq platformasının Moskvada keçirilən ilk iclasında Gürcüstan bayrağının nümayiş etdirilməsi Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) üçün qəbuledilməzdir".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN-in yaydığı bəyanatda bildirilir.
Qeyd edilir ki, Gürcüstan bir daha "3+3" formatında iştirak etməyəcəyini bəyan edir:
"Bayrağımızın nümayişi ilə bağlı isə müvafiq diplomatik kanallar vasitəsilə müraciət edilib".
Xatırladaq ki, dekabrın 10-da Rusiya paytaxtında keçirilən "3+3" regional formatında ilk iclasda Türkiyə, Rusiya, İran, Azərbaycan və Ermənistan nümayəndə heyətləri iştirak edib.