Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 11:08
Moskvada pasiyentlərdən biri stomotoloji klinikaya bıçaqlı hucum edərək, həkimi yaralayıb.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, 40 yaşlı diş həkimi Camal Adilov qarın nahiyəsindən xəsarət alıb. Zərərçəkmiş ağır qanaxma ilə xəstəxanaya yerləşdirilib.
Hücum edən şəxs özü polisə təslim olub. 60 yaşlı Murat Ohanesyan motiv kimi diş müalicəsinin nəticəsini bəyənməməsini göstərib.