Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 13:12
Soyuqlar düşdü, demək ki, qış yeməklərinin də dadına baxmağın vaxtı çatıb. Xüsusilə də ev quşlarının. Ancaq ilk növbədə bazarlara üz tutmaq lazımdır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Göyçay bazarında hazırda ən çox satılan ev quşu hindtoyuğudur. Bunun da səbəbləri var. Sakinlərin sözlərinə görə, əsasən soyuq aylardayeyildiyi üçün hindtoyuğunun alıcısı qışda daha da çoxalır.
Qiymətlər isə əsasən çəkiyə görə dəyişir. Bazarda 20 manatdan 50 manata qədər satılan hindtoyuğuna rast gəlmək olar. Yeni il bayramının yaxınlaşması da qiymətlərə təsir edib.
Hazırda bazarda xaricdən gətirilərək bəslənənhindtoyuqları da var. Ancaq ən çox təlabat yerli sortlaradır.