Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 20-yə yaxın avtobus gecikir - SƏBƏB

Bakıda 20-yə yaxın avtobus gecikir - SƏBƏB

Tarix: 15 Dekabr 2021 10:06

Hazırda Bakının Heydər Əliyev prospektinin şəhər istiqamətində kənar yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən sıxlıq müşahidə edilir.

Sonxeber.net-a xəbər verir ki, bu barədə Bakı Nəqliyuat Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, sıxlıqla əlaqədar bu yolla hərəkət edən 1, 13, 38, 184, M3 və M8 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalınada ləngimələr var. Hazırda qeyd edilən marşrut xətləri üzrə 20-ə yaxın avtobus sıxlıqda qalaraq gecikir.

Nəticədə Yusif Səfərov-"28 May" m/st-sı eləcə də Koroğlu Rəhimov küçəsi-"Gənclik" m/st-sı istiqamətlərindəki dayanacaqlarda sərnişin sıxlığı müşahidə edilir.


Etiketlər:  Bakıda yaxın avtobus gecikir SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ