Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2021 18:26
Bakı Nəqliyyat Agentliyinin (BNA) PR şöbəsinə rəhbərlik edən Səmayə Məmmədova işdən çıxıb.
Sonxeber.net xəbər verir ki, bu barədə o özü məlumat yayıb.
Qeyd edib ki, bu gün BNA-dan rəsmən ayrılıb.
"Sevinirəm ki, mənə yad olan nəqliyyat sahəsində PR-lə işin təşkilində qısa zamanda da olsa, uğurlara imza ata bildim. BNA-da çalışdığım dönəmdə məni dəstəkləyən, yaradıcılıq üçün daim yardım əlini uzadan Vüsal Kərimliyə təşəkkür edirəm.
Bu müddət ərzində bərabər çalışdığım komandama sonsuz minnətdarlıq edirəm. Hər biriniz mənim üçün dəyərlisiniz! Bundan sonrakı fəaliyyətində BNA kollektivinə uğurlar arzulayıram", - deyə o bildirib.
Xatırladaq ki, S.Məmmədova BNA-dan əvvəl Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub.