Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda sərnişin avtobusunda yanğın baş verib - FOTO

Bakıda sərnişin avtobusunda yanğın baş verib - FOTO

Tarix: 16 Dekabr 2021 08:48

Bakının Nərimanov rayonunda sərnişin avtobusu yanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Natiq Abdullayevin idarə etdiyi "Karsan" markalı 81 nömrəli sərnişin avtobusunun mühərrik hissəsində qəfil tüstülənmə baş verib. Mühərrik bölməsində başlayan yanğının salona keçməsinin qarşısını FHN-nin DYMX-nin mobil briqadası alıb. Əraziyə iki texnika cəlb edilib. Sürücü Natiq Abdullayev APA-ya bildirib ki, hadisə zamanı avtobusda sərnişin olmayıb. O, avtobusu depoya təhvil vermək üçün idarə edib.

Fakt araşdırılır.

Milli.Az


Etiketlər:  Bakıda sərnişin avtobusunda yanğın baş verib FOTO


RƏYLƏR