Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda övladlığa götürmə qaydası DƏYİŞİR

Azərbaycanda övladlığa götürmə qaydası DƏYİŞİR

Tarix: 17 Dekabr 2021 13:18

Azərbaycanda övladlığa götürmə qaydasına dəyişiklik təklif edilir.

Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik olunur.

Dəyişikliklə Məcəllənin 118.20-ci bəndi yeni redaksiyada verilir: "Uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür".

Məcəllənin hazırkı bəndi isə belədir: "Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 (üç) gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur".


Etiketlər:  Azərbaycanda övladlığa götürmə qaydası DƏYİŞİR


RƏYLƏR