Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş rol “The Matrix”in son bölümünün mənasından danışdı - VİDEO - FOTO

Baş rol “The Matrix”in son bölümünün mənasından danışdı - VİDEO - FOTO

Tarix: 17 Dekabr 2021 16:00

"The Matrix" filmində baş rolu ifa edən Hollivud aktyoru Kianu Rivz filmin yeni hissəsinin mənasını açıqlayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, artist "Matrix: Dirilmə" ("The Matrix Resurrections") filminin bir sıra mühüm mövzuları ələ almasına baxmayaraq, əsas mövzunun sevgi hesab etdiyini bildirib.

Bu barədə "Matrix" ulduzlarının "İzvestiya"ya müsahibəsi zamanı danışılıb. 

"Mənə elə gəlir ki, ilk növbədə sevgidən bəhs edr. Və başqa nə? Necə düşünürsən?", - deyə Rivz "Triniti" rolunun ifaçısı Keri-Ann Mossa müraciət edib.

Həmkarı isə ona cavab olaraq bildirib ki, tamaşaçılar filmə baxmaqla idarəetmə sistemlərinin nə olduğu barədə düşünəcəklər.

"Gəlin, bunun sevgi və idarəetmə sistemlərinin öyrənilməsi haqqında olması üzərində dayanaq! Həmçinin daha yaxşı reallıq üçün mübarizə aparmağa çalışmaq haqqında! Həm də təkcə insanlar üçün deyil, proqramlar və maşınlar üçün - Hamı üçün!" - deyə "Neo" rolunun ifaçısı aktrisa ilə razılaşıb.

Keri Enn Moss "The Matrix" filminin ümumiyyətlə həmişə sevgi haqqında olduğunu bildirib.


Etiketlər:  Baş Matrixin bölümünün mənasından danışdı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ