Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2021 16:32
Bakıda avtoyuma məntəqələrinin, kafelərin, restoranların əksəriyyəti ya yaşayış yerinin yaxınlığında, ya da binaların birinci mərtəbəsində yerləşir. Bu obyektlərdə işlədilən elektrik cihazlarının, su nasoslarının, restoranlarıda ifa edilən musiqi səsləri isə əfrafda yaşayan insanları əməllicə narahat edir.
Sonxeber.net bildirir ki, Xezerxeber bu barədə reportaj hazırlayıb.
Restoranlar, əyləncə mərkəzləri və avtoyuma məntəqələri.
Bəzən belə obyektlər düz yaşayış evlərinin yaxınlığında, binaların birinci mərtəbəsində açılır. Bu da ətrafda yaşayan insanların narahatlığına səbəb olur. Avtoyuma məntəqələrindən yayılan səs, restoranların musiqiləri sakinlərin evlərinə qədər gəlib çıxır.
Əmlak eksperti Ramil Qasımzadə bildirir ki, bu problemə daha çox köhnə tikililərdə rast gəlinir. Onun sözlərinə görə, hətta stamotologiya mərkəzləri ilə yaşayış yerləri arasında da müəyyən məsafədə olmalıdır. Çünki oradakı cihazların radiasiya yayma qabiliyyəti çoxdur.
Hüquqşünas Kamandar Hüseynov isə deyir ki, qanunvericilikdə yaşayış yeri ilə obyekt və ya müəssisə arasında mütləq məsafənin olması ilə bağlı vahid bir norma yoxdur. Ancaq qonşuluq münasibətlərinin qorunub saxlanması, səs-küy,eləcə dəvibrasiya qaydalarına əməl edilməsi şərtdir.
Kamandar Hüseynov bildirir ki, obyekt və ya müəssisədən yayılan səs 60 dezibeldən yuxarı olarsa,bu barədə protokol tərtib edilə bilər. Qaydaları gözləməyən fiziki şəxslər üçün 150- 200 manat, vəzifəli şəxslər üçün isə 2000-2500 manat cərimə nəzərdə tutulur.