Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhnədə yıxıldı, Hollivud ulduzuna bənzətdilər - VİDEO

Səhnədə yıxıldı, Hollivud ulduzuna bənzətdilər - VİDEO

Tarix: 17 Dekabr 2021 23:05

Türkiyədə "Men of The Year-2021" ("İlin adamı") mükafatlandırma mərasimi maraqlı hadisələrlə yadda qalıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, tədbirdə mükafatı təqdim etmək üçün səhnəyə çıxan aktrisa Ahu Yağtu yerə yıxılıb. Onun yıxılmasına səbəb uzun libasının ayağının altında qalması olub. Qonaqlar çətin vəziyyətə düşən aktrisaya dəstək olmaq üçün Ahunu alqışlamağa başlayıblar. O, səhnədə olan aparıcı Fadik Sevin Atasoyun yardımı ilə ayağa qalxaraq "Önəmli deyil, çünki bu gün burada qıraq adam yoxdur, biz-bizəyik" sözlərini işlədib.

Onun qarşı-qarşıya qaldığı hal daha əvvəl "Oskar" mükafatlandırma mərasimində Hollivud ulduzu Cennifer Lourensin də başına gəlib. O da səhnəyə qalxarkən pilləkənlərdə yıxılıb. Bu səbəbdən aparıcı hadisələri bənzədərək, həmin anları xatırlatdığı üçün Ahuya təşəkkür edib.

Milli.Az


Etiketlər:  Səhnədə yıxıldı Hollivud ulduzuna bənzətdilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ