Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nurlan İbrahimovla bağlı qərar gələn ilə qaldı

Nurlan İbrahimovla bağlı qərar gələn ilə qaldı

Tarix: 18 Dekabr 2021 08:32

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsi ilə bağlı qərarını açıqlama vaxtını dəyişdirib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barərə N.İbrahimov sosial şəbəkədə məlumat paylaşıb.

O qeyd edib ki, dekabrın 22-də açıqlanmalı olan qərar gələn ilin yanvarın 27-nə qədər təxirə salınıb.

Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı Feysbuk hesabında ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. Lakin o, bu qərardan CAS-a şikayət edib.


Etiketlər:  Nurlan İbrahimovla bağlı qərar gələn ilə qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ