Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 09:20
Uzun müddətdir səhhətindəki problemlərlə mübarizə aparan meyxanaçı Kərim Novruzov (Ağakərim) yenidən insult keçirib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə onun dostu, həmkarı Ağamirzə Məmmədov "Günün sədası" proqramına məlumat verib.
O bildirib ki, söz ustadı bir həftə əvvəl insult keçirib. Onun vəziyyəti birdən pisləşib, gözləri qaralıb. Sonra oğlu Kamilin evə gətirdiyi həkim atasının insult keçirdiyini deyib.
Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. O, hazırda yataq xəstəsidir.