Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhurlar haqlıdır? - DİN-dən açıqlama

Məşhurlar haqlıdır? - DİN-dən açıqlama

Tarix: 18 Dekabr 2021 17:55

Son günlər Azərbaycanın tanınmış simaları sosial şəbəkələrdə paylaşdığı görüntülərin KİV və digər platformalarda yerləşdirilməsinə etiraz edirlər. Onlar fotoların minlərlə izləyicisi olduğu halda öz hesabında paylaşsa da, digər səhifələrin yaymasını tənqid edirlər. 

Sonxeber.net Olay-a istinadən xəbər verir ki, hətta onlar bununla bağlı Daxili İşlər Nazirliyinə müaricət edir, fotolarını paylaşan şəxslərdən, media nümayəndələrindən şikayətçi olurlar. Bəzən isə öz hesablarında bəzi KİV üzvlərini hədələyirlər.

Bəs, onların hər kəsə açıq səhifədə yerləşdirdikləri görüntülərin digərləri tərəfindən paylaşılması qanun pozuntusudurmu?

OLAY yazır ki, mövzu ilə bağlı DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib. O, fesybuk səhifəsində bu sözləri yazıb:

"Sosial şəbəkə səhifələrinizdə əgər hansısa fotonun digər şəxs tərəfindən paylaşılmasına razı deyilsinizə, bu sizi narahat edirsə, fotolarınızı sosial şəbəkə səhifələrinizdə paylaşmayın. Bu, tövsiyədir".


Etiketlər:  Məşhurlar haqlıdır DİN dən açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ