Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtobusdan yıxıldı, öldü - VİDEO

Avtobusdan yıxıldı, öldü - VİDEO

Tarix: 18 Dekabr 2021 18:38

Moskvada avtobusda yıxılan 51 yaşlı Andrey Bolqov kişi qan itkisindən ölüb. Məlumata görə, sərxoş olan kişinin ictimai nəqliyyatın pilləsində ayağı sürüşüb və bu, kəsik yarası ilə nəticələnib; Bolqovda açıq qanaxma başlayıb. Sərnişinlərdən biri təcili yardım çağırmağı təklif etsə də, kişi iki dayanacaqdan sonra düşəcəyini deyərək, yardımdan imtina edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, o, həyat yoldaşına zəng edərək özünü pis hiss etməsindən şikayətlənib.

Bir müddət sonra Bolqov huşunu itirib. Həkimlər hadisə yerinə gələndən sonra reanimasiya tədbirlərinə baxmayaraq, kişinin həyatını xilas etmək mümkün olmayıb. O, çoxlu qan itkisi səbəbindən dünyasını dəyişib.

Sonradan məlum olub ki, Bolqovda xroniki xəstəlik var - tromboflebit.

Hadimsə ilə bağlı yoxlamalara başlanılıb.

Milli.Az


Etiketlər:  Avtobusdan yıxıldı öldü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ