Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 19:20
2021-ci il son günlərini, son həftələrini yaşayır.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, futbol komandalarımız üçün də ili bitmiş saymaq olar.
Ən azı beynəlxalq arenadakı çıxışlar başa çatıb. 2021-ci il də əvvəlki illərdən fərqli olmadı. "Qarabağ"a inandığımız, digər klublara az-çox ümid etdiyimiz halda futbolumuzun ən yaralı yeri yenə milli komanda oldu.
Əslində, ölkənin bir nömrəli komandası olan, amma uğursuz çıxış və yarıtmaz fəaliyyət nəticəsində "Qarabağ"ın da, "Neftçi"nin də kölgəsində qalan Azərbaycan millisi 2021-ci ili növbəti antiekordlarla tamamlayıb.
AFFA-nın milyonlar xərclədiyi yığma bu milyonlara dəymədiyini bir daha təsdiqlədi. Bu il komandamız həm məğlubiyyət sayında, həm buraxılan qollarda tarixinin ən bərbad nəticələrinə imza atdı.
12 ayda 13 matça çıxan yığma 10 dəfə uduzub. İndiyədək heç vaxt bir təqvim ilində bu qədər yenilgi olmayıb.
2005-ci ildə milli 9 dəfə məğlubiyyət yaşamışdı. Bu dəfə həmin antirekord yeniləndi.
Buraxılan qol sayındakı "inkişaf" daha böyükdür. İndiyədək bir ildə ən pis halda 24 top buraxan milli bu rəqəmi 26-ya çatdırıb.