Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 21:44
Ayaq qoxusu bir çox insanın qarşılaşdığı və onları çətin vəziyyətə saldığı problemlərdən biridir. Bu sosial mühitdə özünə inamı azaltmaqla yanaşı, həm də psixoloji cəhətdən mənfi təsir edən bir haldır. Əgər siz də ayaq qoxusundan şikayət edir və buna köklü həll axtarırsınızsa, o zaman oxumağa davam edin.
Sonxeber.net axşam.az-a istinadən ev şəraitində ayaqdan gələn pis qoxulardan qurtulmağın yollarını təqdim edir.
Öncədən qeyd edək ki, bun problem bir çox səbəbdən qaynaqlana bilər. Tiroid, göbələk xəstəlikləri, hormonlarda dəyişik, keyfiyyətsiz ayaqqabı seçimi bunlardan yalnız bir neçəsidir.
Bu narahatlığı yaşayan şəxslər pambıq corablar geyinməyə üstünlük verməlidir. Qış aylarında bu, çox da mümkün olmasa da dərinin hava almasına imkan verən ayaqqabılar seçmək daha məsləhətdir.
Ayaq qoxusunu aradan qaldıran təbii üsullar isə bunlardır:
1. Bir stəkanda tünd çay dəmləyib ayaqlarınızı içində saxlaya biləcəyiniz vedrəyə əlavə edin. Bu prosesi 10 gün boyunca 20 dəqiqə olmaqla təkrarlayın.
2. Bir vedrəyə 5 stəkan su əlavə edin. İçinə 6 xörək qaşığı sirkə əlavə edin və ayaqlarınızı bu qarışıqda 20 dəqiqə saxlayın. Bu prosesi də 10 gün təkrarlayın.
3. 1 litr suya bir xörək qaşığı lavanda yağı əlavə edin. Ayaqlarınızı bu suda 15 və ya 20 dəqiqə saxlayın.
4. 1 vedrə suya bir neçə adaçayı yarpağı əlavə edin. Ayaqlarınızı bu suda 20 dəqiqə saxlayın.
5. Ayaqları müntəzəm olaraq sirkəli və limonlu su ilə yumaq da qoxunun zamanla aradan qalxmasında qalıcı rol oynayacaqdır.
6. İsti suya bir az duz və soda əlavə edib ayaqlarınızı bu qarışımın içində bir müddət saxlayın. Bu üsuldan hər gün istifadə edə bilərsiniz.
7. Təmiz ayaqları limon qabığı ilə mütəmadi olaraq sürtmək də qoxunu aradan qaldıracaqdır.