Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2021 09:26
Bakıda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.
Sonxeber.net xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. "İkinci mədən" adlanan ərazidə Məmmədov Elşən Məsud oğlu öz evini yandırıb. Hadisə zamanı E.Məmmədov və həyat yoldaşı Məmmədova Reyhan Aydəmir qızı xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hadisəni törədən E.Məmmədov sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.