Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş məşqçi Mahiri fikrindən daşındırmağa çalışır

Baş məşqçi Mahiri fikrindən daşındırmağa çalışır

Tarix: 19 Dekabr 2021 12:08

"Legiya"nın baş məşqçisi Aleksandr Vukoviç komandanın azərbaycanlı hücumçusu Mahir Emreli ilə görüşüb.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis azarkeşlərin hücumu nəticəsində xəsarət alan millimizin üzvü ilə baş verənlər haqda danışıb.

Vukoviç "Legiya"dan ayrılmaq istəyən Emreliyə komandada qalmalı olduğunu bildirib. Baş məşqçi hücumçuya bildirib ki, komandanın ona ehtiyacı var. Mahir isə bu barədə yekun qərarı vermədiyini qeyd edib. 

Ancaq "Meczyki" nəşri iddia edir ki, bu görüş futbolçuya yaxşı təsir edib və 25 yaşlı hücumçu ən azı mövsümün sonuna qədər "Legiya"da qalacaq. 

Həmçinin, futbolçunun ailəsinin də məsələyə qarışdığını və onların Emreliyə görə narahat olduqlarını bildirdikləri qeyd olunub.

Xatırladaq ki, "Legiya" fanatları Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır.

Qeyd edək ki, Polşa mətbuatı Macarıstanın "MOL Fehervar" klubunun Mahirlə maraqlandığını, hətta onun üçün "Legiya"ya 1 milyon avro ödəməyə hazır olduğunu yazıb.


Etiketlər:  Baş məşqçi Mahiri fikrindən daşındırmağa çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ