Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2021 18:30
Qərb ölkələri Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyanı siyasi cəhətdən təcrid edə bilər, amma Paris soyuq müharibəyə qayıtmaq istəmir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Fransa müdafiə naziri Florans Parli deyib.
"Moskvaya qarşı sanksiyalar tətbiq olunub, onları gücləndirmək də olar. Hətta Rusiyanı siyasi cəhətdən təcrid də etmək olar. Amma biz soyuq müharibəyə qayıtmaq istəmirik. Bunun baş verməməsi üçün tərəflər soyuqqanlılığı saxlamalıdırlar", - nazir bildirib.
Onun sözlərinə görə, Fransa Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarıdır.