Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaman eyni anda həm keçmişə, həm də gələcəyə doğru axa bilər

Zaman eyni anda həm keçmişə, həm də gələcəyə doğru axa bilər

Tarix: 19 Dekabr 2021 21:12

Alimlər güman ediblər ki, superpozisiya vəziyyətində (hansısa obyektin eyni zamanda iki vəziyyətdə mövcudluğu mümkünlüyü) olan kvant sisteminin daxilində zaman eyni anda əks istiqamətlərdə axa bilər. Alimlər tərəfindən aparılmış təcrübə bu fikri tədricən təsdiqləyib. Bu isə öz növbəsində elm qarşısında yeni məsələni qaldırır. Söhbət, zaman anlayışına yenidən nəzər yetirməkdən gedir. Bu isə fundamental fizikanın inkişafı üçün çox vacibdir. Fiziklərdən ibarət komanda kvant sistemlərinin eyni anda iki əks zaman istiqamətində (həm gələcəyə doğru, həm də keçmişə doğru) neçə inkişaf etdiklərini sərgiləyiblər. Kvant sistemində zaman superpozisiyasının ölçülməsi üçün alimlər entropiyadan istifadə ediblər.

Bəzi fiziki sistemlərdə kəmiyyətcə ölçülməsi mümkün olan entropiya makrodünyada sistemlərin, qəlizlik, xaotik və qeyri-müəyyənlik ölçülərini təyin edir. Təbii şərtlər altında entropiya yüksəlmə özəlliyinə sahibdir. İnsan tərəfindən müşahidə edilməsi mümkün olan şərtlər çərçivəsində entropiyanın hərəkəti həmişə gələcəyə doğru olur. Əgər kvant sistemində entropiyanın aşağı düşməsini təyin etmək mümkün olsaydı, bu, keçmişə doğru hərəkəti əks etdirmiş olardı. Məhdudlaşdırılmış bir neçə kvant elementinə sahib sistemdə alimlər tərəfindən aparılmış təcrübə onu göstərib ki, stabil vəziyyətdə mövcud olan sistem öz entropiyasını həm yüksəldib həm də aşağı endirib.

Alimlərin qənaətlərinə əsasən bu cür hal zamanın həm gələcəyə həm də keçmişə doğru axdığını göstərir. Makrodünyada bu cür halları görmək mümkün deyil. Belə ki, makrodünyada hadisələrin entropiyası çox böyükdür və bu səbəbdən də geri dönməzdir. Lakin subatom səviyyədə zamanın keçmişə doğru axması halları qeydə alınır. Alimlər tərəfindən aparılmış təcrübə də bunu təsdiqləyib. "Zamanın davamlı olaraq böyüyən parametr kimi qəbul edilməsinə baxmayaraq, bizim tədqiqatımız onu göstərir ki, kvant-mexaniki kontekstlərdə zaman axınını idarə edən qanunlar daha qəlizdirlər. Bu isə o deməkdir ki, biz, kvant qanunlarının böyük rol oynadıqları bütün hallarda zaman barəsindəki təsəvvür üsullarına yenidən nəzər yetirməliyik" - deyə alimlərdən biri qeyd edib.


Etiketlər:  Zaman eyni anda həm keçmişə həm gələcəyə doğru bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ