Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2021 14:38
Bir müddət əvvəl 11 nömrəli marşurt xəttindəki köhnə avtobuslar dəyişdirilərək "Bakubus" ilə əvəzləndi. Sərnişinlər əvvəl buna sevinsələr də indi ciddi çətinlik çəkirlər. Səbəb budur ki, köhnə avtobuslar 4-5 dəqiqə aralıqla gəlirdisə indi sərnişinlər 40 dəqiqəyə qədər avtobus gözləməli olurlar. Problemin miqyasını artıran digər bir səbəb isə 11 saylı marşrut xəttinin Bakının düz 4 rayonu, Xətai, Nizami, Nərimanov və Nəsimi rayonlarının ərazisindən keçməsidir. Yəni hər gün minlərlə insan avtobusların gec gəlməsi səbəbindən ya işə, ya da mənzil başına gecikir. Üstəlik avtobuslarda təbii olaraq sıxlıq da yaranır ki, bu da pandemiya şəraitində olduqca təhlükəlidir.
Bəziləri yarım saat, bəziləri isə daha artıq vaxtda avtobus gözləməli olurlar. Bu ərazidə sərnişinlər uzun müddətdir avtobus gözlədikləri halda, eyni vaxtda son dayancaqda həmin avtobuslar sıra ilə düzülüblər.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, sərnişinlər Metronun 28 may stansiyasının yaxınlığından Həzi Aslanov stansiyası istiqamətinə hərəkət edən ''Bakubus' MMC-ə məxsus 11 nömrəli marşurt xəttindən şikayətçidirlər. Onların iddia edirlər ki, günün pik saatlarında bu avtobuslar uzun müddət gecikmə ilə işləyirlər.
Bəzi hallarda avtobuslar vaxtı-vaxtında gəlməməsi sərnişinlərlə sürücülər arasında mübahisələrə də səbəb olur. Sərnişinlər bildirir ki, sürücülər hər dəfə avtobusun gecikməsinə müxtəlif səbəblər göstərirlər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev ''XəzərXəbər''ə bildirdi ki, 11 nömrəli marşurt xəttinin intervalı mərkəzi dispetçer xidməti tərəfindən real vaxt rejimində izlənilir. Bu avtobusların gecikməsinin obyektiv səbəbləri var.
Lakin sərnişinlər bu cavabı məqbul hesab etmir. Onlar sübut olaraq son dayanacaqda düzülən 10-larla avtobusu göstərirlər. Yəni sərnişinlər dayanacaqlarda gözlədikləri halda bu qədər avtobus niyə son dayanacaqda gözləyir? Problemin miqyasını artıran digər bir səbəb isə 11 saylı marşrut xəttinin bakının düz 4 rayonu, xətai, nizami, nərimanov və nəsimi rayonlarının ərazisindən keçməsidir ki, bu da hər gün minlərlə insanın avtobusların gec gəlməsi səbəbindən ya işə, ya da mənzil başına gecikməsi deməkdir. üstəlik avtobuslarda təbii olaraq sıxlıq da yaranır ki, bu da pandemiya şəraitində olduqca təhlükəlidir. Vətəndaşlar Bakının ən uzun yolunu gedən bu marşrit xəttinin nizama salınmasını tələb edirlər.