Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2021 15:25
"Balaca olanda küçədə çarəsiz, gözü görməyən, əli-ayağı olmayan, ya da dilənçilik etməyə məcbur olan insanları görəndə, evdə ağlayırdım".
Sonxeber.net xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında yazıb. Müğənni "Səs Azərbaycan" yarışmasında komandasından uzalqaşdırdığı iştirakçılardan bəhs edib:
"Deyirdim ki, belə qəddar dünyada yaşamaq istəmirəm. Dünyadan zəhləm gedir. Hələ böyüdükdən sonra özümün nə hücumlara, şərlərə, böhtanlara məruz qalacağımdan xəbərsiz idim. "Səs Azərbaycanda" qaydalara görə Fuadı kənarlaşdıranda özümdən də zəhləm getdi. Mirəhmədi də oyundan kənar etsəydim, eyni hissi yaşayacaqdım. Kimi uzaqlaşdırdımsa, paralel olaraq eyni hissi yaşadım. bu nə dünya, bu nə mizah, bu nə imtahan, bu nə sınaq... Yaxşı ki, özümə təsəlli verməyə imkan var. düşünürəm ki, onları tanıdım. Sənət yollarında az-çox onlara dəstək ola bilərəm. Nə olsun ki, düşünürəm. Bunları etməyənə qədər gözümə yuxu getmir ki... Özümdən zəhləm gedir".