Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğanın çıxışından sonra lirə kəskin bahalaşdı - YENİLƏNİB

Ərdoğanın çıxışından sonra lirə kəskin bahalaşdı - YENİLƏNİB

Tarix: 20 Dekabr 2021 22:50

22:49

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ərdoğanın çıxışından sonra 1 ABŞ dolları 14,9 lirəyə bərabər olub.

---------

22:35

"Biz məzənnəni sabitləşdirəcəyik. Əziz millətim, biz sizi sevirik, sizə inanırıq. 19 il Türkiyənin haradan haraya gəldiyini siz çox yaxşı bilirsiniz, bilirik".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

O əlavə edib ki, dünyada pul bolluğu xərcləri və nəticədə qiymətləri artırdı:

"Bizim iqtisadiyyatda "Dünya 5-dən böyükdür" deməyimizin səbəbi də özlərini böyük kimi qələmə verən ölkələrin olmasıdır. Bu oyuna gəlməyəcəyimizi deyirik. Buna görə investisiya, məşğulluq və ixracat deyirik. Bu ölkə daha idxal cənnəti olmayacaq, bu ölkə öz alın təri ilə başqalarının rifahını maliyyələşdirən ölkə olmayacaq.

Biz vəzifəyə başlayanda BVF-yə 23,5 milyard dollar borcumuz var idi. Hazırda BVF-yə borcumuz yoxdur. Kamal bəy, (CHP lideri Kamal Kılıçdaroğlu - red.) biz bu borc yükünü haradan aldıq? Sizdən aldıq".

Qeyd edək ki, bu gün Türkiyə lirəsi növbəti dəfə rekord səviyyədə dəyər itirib. Belə ki, təxminən 1 ABŞ dolları 18 lirəyə bərabər olub.

Milli.Az


Etiketlər:  Ərdoğanın çıxışından sonra lirə kəskin bahalaşdı YENİLƏNİB


RƏYLƏR