Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2021 07:33
Böyrək daşı xəstəliyi çox yayılmış pozulmadır.
Saglamolun.az bildirir ki, bu xəstəliyin səbəbləri arasında: irsiyyət, azhərəkətli həyat tərzi, susuzlaşma, maddələr mübadiləsinin pozulmaları, bəzi vitaminlərin (xüsusilə A və D) çatışmazlığı, sidik ifrazı sisteminin iltihabları və s.
Həmçinin düzgün olmayan qidalanma, bəzi qidaların həddindən çox qəbulu də böyrək daşı xəstəliyinin inkişafına səbəb ola bilər. Böyrəklərdə daşların əmələ gəlməsinə bu kimi qidalar səbəb ola bilər:
- İspanaq, turşəng
Bu göyərtilər oksalat duzları ilə zəngindir. Oksalatlar böyrəklərdə yığılaraq daşlar əmələ gətirir. Böyrəklərdə yığılan daşların 80%-ni məhz oksalat daşları təşkil edir.
Bundan əlavə kələm, çuğundur, krəviz və çiyələk də oksalatlarla zəngindir.
- Süd
Süd böyrəklərdə fosfat daşların yığılmasına səbəb olur.
- Qırmızı ət, heyvanın qaraciyəri, böyrəyi, beyini, ət bulyonları
Zülallarla zəngin olan ətin həddindən artıq miqdarda qəbulu böyrəklərdə urat daşların əmələ gəlməsinə səbəb ola bilər.
- Şəkər, şirniyyatlar, şirin un məmulatları
Bu kimi məhsullar sidikdə kalsiumun artmasına və sidik kisəsi, sidik axarları və böyrəklərdə kalsiumdan daşların əmələ gəlməsinə səbəb olur.
- Çay, qəhvə, şirin qazlı içkilər
Bu içkilərin həddindən artıq miqdarda qəbulu sidikdə oksalatların artmasına və daşların yaranmasına səbəb olur.