Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elton ad alanda dava çıxarmışdı - Toyu aparmağı ona tapşırdı - VİDEO

Elton ad alanda dava çıxarmışdı - Toyu aparmağı ona tapşırdı - VİDEO

Tarix: 21 Dekabr 2021 18:55

Müğənni Nadir Qafarzadənin oğlu Loğmanın toyu maraqlı anlarla yadda qalıb. Belə ki, Nadir məclisi idarəçiliyini müddət əvvəl fəxri ad alan Elton Hüseynəliyevə həvalə edib.  

Milli.Az Olay-a istinadən xəbər verir ki, dünənki toyda Elton səhnəyə Nadiri dəvət edib. Qafarzadə isə meydana gəlib, çıxış etmək istəyərkən göz yaşlarını saxlaya bilməyib.  O, Eltonla qucaqlaşaraq ağlayıb.  

Daha sonra Hüseynəliyev aylar əvvəl onun ad almasından sonra yaranan qalmaqalı yada salaraq "Arzu edirəm ki, sənə də fəxri ad veriləcək. Elə düşünürsən ki, diqqətdən kənarsan. Amma Elə deyil",- deyə bildirib. 

Bu məqamda xatırlatmaq lazımdır ki,  Elton Əməkdar artist olarkən Nadir instaqramda video paylaşmış, qalmaqala səbəb olacaq sözlər demişdi. 

Onun fikirlərindən sonra şou-biznesdə yeni qalmaqal meydana gəlmişdi. 

Milli.Az


Etiketlər:  Elton ad alanda dava çıxarmışdı Toyu aparmağı ona tapşırdı VİDEO


RƏYLƏR