Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Atası Britni Spirsdən əl çəkmir və yenə pul istəyir

Atası Britni Spirsdən əl çəkmir və yenə pul istəyir

Tarix: 21 Dekabr 2021 19:24

Müğənni Britni Spirsin atası Ceymi Spirs qəyyum vəzifəsindən uzaqlaşdırılmasından 1 ay belə keçməmiş qızına qarşı növbəti vəsatət qaldırıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki,  Ceymi ifaçıdan vəkillərinin xərclərini ödəməyə davam etməsini tələb edib. Onun fikrincə, bu, Britninin özünün də maraqlarına uyğundur.

İfaçının vəkili Metyu Rozenqart Ceyminin hərəkətinə münasibət bildirərək onun tələbini "biabırçı" adlandırıb:

"Cənab Ceymi Britnidən qəyyum kimi milyonlarla dollar alıb, vəkillərinə daha milyonlarla pul ödəyib. Və bütün bunlar Britninin əməyi və zəhmətlə qazandığı pul sayəsindədir. Qəyyumluğa xitam verilib və o, rüsvayçılıqla vəzifəsindən uzaqlaşdırılıb. Yaranmış şəraitdə onun tələbi hüquqi cəhətdən əsassız olmaqla yanaşı, sadəcə olaraq iyrəncdir. Bu, qızını sevən atanın edəcəyi hərəkət deyil".


Etiketlər:  Atası Britni Spirsdən çəkmir yenə istəyir


RƏYLƏR