Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2021 13:45
İstanbulda serial çəkilişləri zamanı işçiləri söydüyü iddiası ilə 4 il 1 aya qədər həbs cəzası tələb edilən aktyor Burak Özçivit hakim qarşısına çıxıb.
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, Beykoz 3-cü Asliye Cəza Məhkəməsində keçirilən iclasda həbssiz mühakimə olunan Özçivit iştirak edib. Şikayətçilərin də yer aldığı prosesdə tərəflərin vəkilləri qatılıb.
Pandemiya səbəbindən saat 14:30 radələrində başlayan dinləmələrdə mətbuat üzvlərinin iştirakına icazə verilməyib.
Təxminən 3 saat davam edən iclasdan sonra Burak Özçivit KİV-in suallarını cavabsız qoyaraq Beykoz Ədliyyəsini tərk edib.
Beykoz Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə Burak Özçivit şübhəli olaraq iştirak edib. Qeyd olunub ki, Mehmet K., Turgay A., Atakan Ö. və Okan Ş., Beykoz Rivada çəkilən "Kuruluş Osman" serialında kulisdə çalışan əməkdaşlar olub.
8 dekabr 2020-ci ildə serialın baş rol ifaçısı Özçivitin olduğu çadırdan çıxaraq şikayətçilərə söyüş və təhqiramiz sözlər dediyi qeyd edilib. Şikayətçilərin şahid qismində gətirdiyi şəxslərin hadisəni təsdiqlədiyi bildirilən iddianamədə şübhəli Burak hadisənin baş vermədiyini ifadə etdiyi vurğulanıb.