Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2021 22:16
Qış fəslinin daxil olduğu gün qərb bölgəsinin dağlıq ərazilərinə, o cümlədən Gədəbəy rayonuna qar yağıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, rayon ərazisinə 15-20 santimetr hündürlüyündə qar yağıb. Gədəbəy Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, elektrik enerjisinin və qazın verilişində hər hansı problem qeydə alınmayıb və bununla bağlı məlumat daxil olmayıb. Aidiyyəti qurumlar gündəlik iş rejimində fəaliyyətlərini davam etdirirlər.
Ağ örpəyə bürünən Gədəbəydə magistral yollarda da avtomobillərin hərəkətində problem yaranmayıb.
Hazırda rayonda günəşli hava şəraiti müşahidə edilir.