Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 10:00
TikTok sosial şəbəkəsi 2021-ci ilin ən çox ziyarət edilən internet resursu olub və ötən ilin lideri - "Google" veb-saytını geridə qoyub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, TikTok bu ilin fevralında reytinqdə lider mövqe tutmağa başlayıb. Avqust ayında xidmətin populyarlığı artıb.
"Cloudflare" şirkəti hesablamaları həm internet saytının istifadəçilərinin ziyarətlərini, həm də sosial şəbəkə proqramından istifadəni nəzərə alıb. Qeyd olunur ki, ötən il "Cloudfare" TikTok-a reytinqdə yalnız yeddinci yeri verib.
Qısa videoları yükləməyə imkan verən Çin sosial şəbəkəsi TikTok 2018-ci ilin ortalarında istifadəyə verilib. O, 2012-ci ildə qurulan "ByteDance"ə məxsusdur.