Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 13:35
Bacısı müğənni Afət Fərmanqızı barədə danışıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, ifaçının bacısı video zənglə "Həmin Zaur" verilişinə qatılıb. O bildirib ki, Alimaniyada yaşayır:
"Artıq 8 ildir Münhendə yaşayıram. Burada ailəliyəm, bir oğlum var. Afət çox əziyyətimi çəkib, ana əvəzi olub. Mən sakit, o isə daha çılğındır. İnşallah, ailə qursun".
Afət bacısının sözlərinə dəstək olaraq deyib: "Bacımın həyat yoldaşı almaniyalıdır. Yoldaşı Bakıda tikinti şirkətində işləyirdi. Bacım da orada tərcüməçi idi. Orada tanış oldular, ailə qurdular".