Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 14:50
"Legiya"da çıxış edən millimizin üzvü Mahir Emreli bu gün sabiq klubu "Qarabağ"ın bazasında olub.
Sonxeber.net "yenisabah.az"a istinadən xəbər verir ki, o, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla görüşüb.İstisna olunmur ki, millimizin üzvü bundan sonra karyerasını hazırkı mövsümün sonuna qədər icarə əsasında "Qarabağ"da davam etdirsin.
"Legiya" fanatlarının Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın bəzi legioner futbolçularına hücumu nəticəsində başından xəsarət alan 24 yaşlı hücumçu Polşa təmsilçisindən ayrılmaq fikrindədir.
Qeyd edək ki, M.Emreli iyunda "Legiya" ilə 3 illik müqavilə imzalayıb.