Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 21:15
Adətən oynaq problemləri olan insanlar xəstə oynaqları qorumaq üçün qaçışla məşğul olmur. Lakin bu səhv fikirdir.
Briqan Yanq Universiteti (ABŞ) alimləri qaçışın oynaqların sağlamlığına olan təsirini araşdırıblar. Alimlər belə nəticəyə gəliblər ki, qaçış oynaqların sağlamlığı üçün çox faydalıdır. Qaçış oynaqlarda iltihabı azaldır və bununla da artrit və digər oynaq xəstəliklərinin inkişafının riskini azaldır.
Araşdırmada iştirak edən insanlarda qaçışdan əvvəl və 30 dəqiqəlik qaçışdan sonra oynaqlarda iltihabın səviyyəsi (xüsusi markerlər) təyin olunurdu. Zee News xəbər verir ki, bütün iştirakçılarda qaçışdan sonra iltihabın səviyyəsi azalırdı.
Beləliklə, oynaqları sağlam saxlamaq istəyirsinizsə, qaçışla məşğul olun.