Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə 770 nəfərin əmlakına həbs qoyulub, aralarında azərbaycanlı da var

Türkiyədə 770 nəfərin əmlakına həbs qoyulub, aralarında azərbaycanlı da var

Tarix: 24 Dekabr 2021 10:08

Türkiyədə terrorçuluqda şübhəli bilinən 770 fiziki və 1 hüquqi şəxsin əmlakına həbs qoyulub.

Sonxeber.net Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu ilə xəzinə və maliyyə naziri Nürəddin Nəbati birgə qərar imzalayıblar.

Siyahıya FETÖ/PDY (Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşu), PKK/KCK (Kürdüstan Fəhlə Partiyası/Kürdüstan İcmalar İttifaqı), habelə dini-ekstrimist və radikal solçu təşkilatların üzvləri daxil edilib.

Əmlaklarına həbs qoyulanlar arasında HDP-nin hazırda həbsdə olan keçmiş həmsədri Səlahəttin Demirtaşın böyük qardaşı Nürəddin Demirtaş, FETÖ/PDY-nın hazırda axtarışda olan əsas şəxslərindən biri Adil Öksüz, Emre Uslu, Tuncay Opçin, Cevheri Güven, hazırda həbsdə olan keçmiş prokuror Zekeriya Öz, Tarık Toros və Abdülkerim Balcı da var.

"Əmlaka həbs qoyulması haqqında" qərara görə, FETÖ/PDY terror təşkilatının 454, PKK/KCK terror təşkilatının 108, dindən sui-istifadə edən terror təşkilatlarının 119, solçu terror təşkilatlarının 89 üzvünün, həmçinin 1 vəqfin ("Niaqara") əmlakına həbs qoyulub.

Siyahıda 34 yaşlı azərbaycanlı Məmmədova Ülkər Şahmurad qızı da var. İŞİD üzvü olduğu qeyd olunan Ü.Məmmədova Azərbaycanın Qubadlı rayonunda doğulub.


Etiketlər:  Türkiyədə nəfərin əmlakına həbs qoyulub aralarında azərbaycanlı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ