Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2021 19:06
Türkiyəli professor Canan Karatay mətbuata tez-tez zeytunun faydalarından bəhs edən açıqlamalar verir, zeytunun əhəmiyyətli bir qida qaynağı olduğunu bildirir.
Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, Karatay hər kəsə zeytun yağının istehlakını tövsiyə edir: "Zeytunu qızıl, zeytun yağı isə qızıl suyudur. Əslində zeytun qızıldan qiymətlidir. Bilin ki, insanlar bir-birlərini qızıl üçün öldürürlər. Zeytun isə həyat verir, uzun ömür və sağlamlıq bəxş edir".
"İnsanlara illərlə az yağlı yemək tövsiyə edilir. Amma az yağla maşınlar işləyə bilmədiyi kimi yaşamaq da mümkün deyil. Maşınlar yaxşı yağla təmin olunmasa, dayanar. İnsan orqanizmi də bir maşındır. Zeytun yağı ana südü ilə eynidir. Bircə fərqi var. Ana südündə heyvan xolesterini , zeytun yağında bitki xolesterini var", - deyə bildirib.