Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maaşlar qalxır, bəs qiymətlər? - VİDEO

Maaşlar qalxır, bəs qiymətlər? - VİDEO

Tarix: 28 Dekabr 2021 15:12

Maaşların artırılması hamının gözlədiyi xəbərlərdən biridir. Lakin artım olanda qiymətlərin tənzimlənməsi də bizi düşündürür. Elə çox vaxt insanların dilindən "marketlərdə qiymətlər od tutub yanır" cümləsini eşidirik. Bu artım hansısa çıxarımızı çoxaldacaqmı? Bu barədə ekspert  müxbirimizə danışıb. İqtisadiyyat Nazirliyi isə tənzimlənmə ilə bağlı mövqeyini açıqlayıb. 

Yanvar 1-dən əməkhaqqı,  pensiya və müavinətlər artırılır.Bu da əhalinin böyük qisminin rifahına birbaşa təsir edəcək. Ancaq insanları qayğılandıran daha bir məsələ var. Maaşların artırılması bahalaşmaya səbəb ola bilərmi? 

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, hazırkı qiymət artımı qlobal xarakter daşıyır. Yəni bu, dünya bazarlarında hökm sürən bahalaşma və pandemiyaşəraitindəki iqtisadi mühitlə bağlıdır. Bununla belə əhalinin gəlirlərinin artması da qiymət artımı istiqamətində təzyiqlər yarada bilər.

Ekspertin fikrincə, əhalinin alıcılıq gücünün azalmaması və inflyasiyanın neytrallaşdırılması üçün əlavə tədbirlər görülməlidir.

Rəşad Həsənov deyir ki, infilyasiyanın munimuma endirilməsi və bahalaşmanın qarşısının alınmasında əsas öhdəliklərdən biri Mərkəzi Bankın üzərinə düşür. Çünki pul kütləsinin tənzimlənməsinə cavabdeh məhz bu qurumdur.  Ekspertin fikrincə, Mərkəzi bank həm də sərt kredit siyasətini qorumalı, bankların götürdüyü öhdəliklərə nəzarəti gücləndirməlidir. 

İqtsisadiyyat Nazirliyindən isə sorğumuza cavab olaraq bildirildi ki, hazırdabazarda təbii bahalaşma müşahidə olunmur. Ancaq süni qiymət artımı olarsa nazirlik tərəfindən müvafiq tədbirlər görüləcək.

Sonxeber.net xəzər xəbər-ə istinadla sujeti təqdim edir:


Etiketlər:  Maaşlar qalxır bəs qiymətlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ