Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2021 19:00
Bu yaxınlarda 21 kiloqram arıqlayaraq pərəstişkarlarını şoka salan Rusiyanın Xalq artisti Larisa Dolina qatar kupesindən qutab (çeburek) və qızardılmış yeməklərlə çəkilmiş video yayımlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, müğənni "Instagram" səhifəsindən etdiyi paylaşımında deyir ki, ona harmoniya və gözəlliyi qoruyub saxlamağa kömək edən məhz belə bir pəhrizdir:
"Düz gecə yarısı ən qalın, ən qızardılmış, ən yağlı qutabı (çeburek) götürüb yeyirəm. Sonra da üstündən xrenovuxa içirəm (sərt araq növü)", - deyə o qeyd edib.
Müğənni süfrədəki yeməkləri göstərərək deyir ki, bütün bunları- pirojka, qızardılmış kartof və pankeykləri yeyəcək və üstündən də spirtli içki içəcək.
"Təsəvvür edirsiniz - bu mənim bədən quruluşumun və gözəlliyimin sirridir", - deyə o vurğulayıb.
Dolina daha əvvəl 21 kiloqram arıqlamağı necə bacardığını danışarkən klinikaya getdiyini və həkimlərin ona qidalanma tövsiyələrini verdiklərini deyib. Məşhurun sözlərinə görə, qadağan olunmuş qidaların siyahısı onu çox təəccübləndirib - xüsusən də orada meyvə və giləmeyvə olub. Sənətçi sərt pəhrizdən əlavə, müddətli ac qalma qaydasına da əməl edib.