Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir - Hulusi Akar

Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir - Hulusi Akar

Tarix: 28 Dekabr 2021 21:28

"Ankara Rusiya ilə Ukrayna arasında yaranmış gərgin vəziyyəti diqqətlə izləyir və regionda sabitliyin qorunmasının tərəfdarıdır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir regionda sülhün tərəfdarı olduqlarını vurğulayıb: "Bizim regionlarla bağlı ayrıca siyasətimiz yoxdur, biz sülh tərəfdarıyıq, biz gərginliyi (Rusiya ilə Ukrayna arasında - red.) diqqətlə izləyirik. Regionda vəziyyətin sabit qalmasını istəyirik. Biz Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq".

Milli.Az


Etiketlər:  Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir Hulusi Akar


RƏYLƏR