Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək edib - Rusiya XİN

Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək edib - Rusiya XİN

Tarix: 28 Dekabr 2021 23:08

Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunları ilə bağlı yaydığı icmalda bildirilib.

"Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına, o cümlədən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması və habelə, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması kimi vəzifələrin həllinə yardım edib. Dekabrın 10-da Moskvada "3+3" formatında Məşvərət Regional Platformasının (üç Cənubi Qafqaz dövləti - Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin, üç qonşu ölkə - Rusiya, Türkiyə, İran) hələlik Gürcüstanın iştirakı olmadan təsis iclası keçirilib", - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.


Etiketlər:  Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək edib Rusiya XİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ