Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsan bədənində yeni orqan tapıldı

İnsan bədənində yeni orqan tapıldı

Tarix: 28 Dekabr 2021 23:27

Çeynəmə əzələlərinin dərinliyində əvvəllər tibbə məlum olmayan yeni əzələ strukturu tapılıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu kəşf barədə İsveçin Anatomiya institutunun alimləri məlumat verib.

Bu vaxta kimi hesab edilirdi ki, çeynəmə əzələsi dərin və səthi əzələ qatlarından ibarətdir. Lakin alimlər çoxdan şübhələnmişdi ki, bu qatlar altında daha biri var.
Alimlər 16 nəfər yeni vəfat etmiş insanın çeynəmə əzələlərinin komputer tomoqrafiyasını dəfələrlə çəkib, incələyərək, üçüncü, ən dərin əzələ qatını aşkarlayıblar. Bu əzələ gicgah sümüyü ilə aşağı çənənin bir hissəsini birləşdirir.

"Musculus masseter pars coronidea adını alan bu əzələ seqmenti anatomik olaraq digər 2 yanaşı əzələdən fərqlənir. Bu əzələ alt çənənin vəziyyətini və geri çəkilməsini stabilləşdirir.

Milli.Az


Etiketlər:  İnsan bədənində yeni orqan tapıldı


RƏYLƏR