Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qardaşını öldürdü, arvadını yaraladı - Saatlıda dəhşətli hadisə

Qardaşını öldürdü, arvadını yaraladı - Saatlıda dəhşətli hadisə

Tarix: 29 Dekabr 2021 10:04

Dekabrın 28-i saat 15 radələrində Saatlı rayonu Qırağlı kənd sakini 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarət nəticəsində həmin gün saat 17 radələrində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Saatlı rayon prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Arif Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Abdulrəhman Əliyevin sağ kürək nahiyəsindən bıçaqla xəsarət yetirməsinə, həmçinin həmin vaxt onları ayırmağa cəhd edən sonuncunun arvadı Arzu Əliyevanın sağ bilək nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Arif Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Etiketlər:  Qardaşını öldürdü arvadını yaraladı Saatlıda dəhşətli hadisə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ