Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2021 12:30
Xalq artisti Röya Ayxan sosial şəbəkədə yeni paylaşım edib.
Sonxeber.net Baku.ws-ə istinadən xəbər verir ki, sənətçi instaqram hesabında oğlu Hüseynlə olan fotosunu paylaşıb.
İfaçı övladı ilə çəkilən şəklinə ürək işarəsi qoyub. Onun bu paylaşımı izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb.
Röyanın oğlu ilə olan fotosuna qısa müddətdə çoxsaylı şərhlər yazılıb, xeyli bəyənmə gəlib.
Qeyd edək ki, Röya 2008-ci ildə iş adamı Çingiz Cəlilovun oğlu Anar Cəlilovla ailə həyatı qurub. Onların bu evlilikdən Hüseyn adlı övladları dünyaya gəlib. Cütlük 2014-cü ildə həyat yollarını ayırıb. Röya Anardan sonra ailə qurmayacağını bildirib.