Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin Baydenlə telefonla danışacaq

Putin Baydenlə telefonla danışacaq

Tarix: 29 Dekabr 2021 21:54

21:50

Rusiya Prezidenti Vladimir Putin sabah axşam saatlarında amerikalı həmkarı Co Baydenlə telefona danışacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov TASS agentliyinə bildirib.

---------

21:25

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə dekabrın 30-da telefonla danışacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə CNN telekanalı Ağ Evin nümayəndəsi Emili Horna istinadla məlumat yayıb. Məlumatda Baydenin rusiyalı həmkarı ilə sabah telefonla danışacağı bildirilir.

Emili Horn deyib: "Bayden hesab edir ki, Rusiya ilə münasibətdə heç nə liderlər arasında birbaşa dialoqu əvəz edə bilməz".

Ağ Evdən daha sonra bildiriblər ki, telefon danışığı zamanı bir çox məsələ, o cümlədən diplomatik məsələlər müzakirə ediləcək.

Milli.Az


Etiketlər:  Putin Baydenlə telefonla danışacaq


RƏYLƏR